Müdafiə Nazirliyi açıqlama yaydı

mudafie-nazirliyi-aciqlama-yaydi
Oxunma sayı: 7859

Martın 22-si saat 16:20 radələrində guya Azərbaycan tərəfindən açılan atəş nəticəsində Arazdəyən istiqamətindəki döyüş mövqeyində Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçusunun ölümcül yaralanması barədə Ermənistan müdafiə nazirliyinin yaydığı məlumatı qəti surətdə təkzib edirik.

Bu barədə “Qafqazinfo”ya Müdafiə Nazirliyindən bildirilib.

“Ermənistan Müdafiə Nazirliyi bu kimi dezinformasiyaları yaymaqla son dövrlərdə ordusunda artan intizamsızlıq nəticəsində baş verən özünəqəsd və digər neqativ halları ört-basdır etmək məqsədini güdür” - açıqlamada qeyd olunur.