Müdafiə Nazirliyi daha bir məlumat yaydı

mudafie-nazirliyi-daha-bir-melumat-yaydi
Oxunma sayı: 12363

Mayın 11-i səhər saatlarından etibarən Ermənistan silahlı qüvvələri vəziyyəti daha da gərginləşdirərək Basarkeçər rayonunun Zod istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini minaatanlardan atəşə tutur.

Bu barədə "Qafqazinfo"ya Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən zəruri cavab tədbirləri görülür.

Həmçinin oxuyun: “На могиле отца я сказал, что докладывает Верховный Главнокомандующий!” - Видео

***

“Basarkeçər rayonunun Zod istiqamətində əlavə canlı qüvvə və döyüş texnikası cəmləşdirən Ermənistan silahlı qüvvələri bölmələrinin aktivliyi tərəfimizdən müşahidə edilir. Bununla qarşı tərəf növbəti təxribata zəmin yaratmağa cəhd göstərir. Bir daha bildiririk ki, bölgədə yaranmış gərginliyə görə bütün məsuliyyət məhz Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür”, - Müdafiə Nazirliyindən bildirilib.