Müdafiə Nazirliyi daha bir məlumat yaydı

mudafie-nazirliyi-daha-bir-melumat-yaydi
Oxunma sayı: 3738

İyunun 9-u saat 22:50-də Azərbaycan Ordusunun bölmələri tərəfindən guya  Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Qaraiman yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərinin müxtəlif çaplı atıcı silahlardan və minaatanlardan atəşə tutulması barədə bu ölkənin müdafiə nazirliyinin yaydığı məlumat tamamilə yalandır, həqiqətə uyğun deyil.

"Qafqazinfo" xəbər verir ki, bu haqda Müdafiə Nazirliyi məlumat yayıb.

"Qarşı tərəfin yaydığı bu məlumatı qəti surətdə təkzib edirik", - məlumatda qeyd olunub.