Müəllim şagirdi döyüb xəstəxanalıq etdi? - Daha bir məktəbdə hadisə

muellim-sagirdi-doyub-xestexanaliq-etdi
Oxunma sayı: 5734

Bakının Qaradağ rayonu, Qobustan qəsəbəsində 321 nömrəli məktəbdə müəllim şagirdi döyüb. 

“Qafqazinfo” Virtualaz.org-a istinadən xəbər verir ki, xəsarət alan şagird Aqşin Hüseynov təcili tibbi yardım maşını ilə Kliniki Tibbi Mərkəzə gətirilib. Şagirdə kəllə-beyin travması diaqnozu qoyulub. Məlumatı Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov təsdiqləyib.

12 yaşı olan məktəbli 7-ci sinifdə oxuyur. Onu döyüb ağır xəsarət yetirən müəllimin adı hələlik məlum deyil.  

Faktla bağlı araşdırma aparılır.

***

Bakı Şəhəri üzrə Təhsil İdarəsi məktəblinin yıxıldığını açıqlayıb. Təhsil idarəsinin məlum hadisəylə bağlı açıqlamasını buradan oxuya bilərsiz.