Müəllim yanına gedən məktəbli öldürüldü - Qazaxda dəhşətli qətl

muellim-yanina-geden-mektebli-olduruldu-
Oxunma sayı: 8120

Qazaxda 16 yaşlı oğlan qətlə yetirilib.

Qafqazinfo”nun APA-ya istinadən məlumatına görə, hadisə bu gün günorta saatlarında Qazax şəhərində qeydə alınıb.

Rayonun Dəmirçilər kənd sakini, 2000-ci il təvəllüdlü Taleh Bayramoğlu müəllim yanına hazırlığa gedərkən öz yaşında olan yeniyetmə tərəfindən bıçaqlanaraq qətlə yetirilib.

Qazax rayon Polis Şöbəsindən verilən məlumata görə, qətli törədən yeniyetmə artıq saxlanılıb.

Fakt üzrə Qazax rayon Prokurorluğunda cinayət işi açılıb, istintaq gedir.