Müəllimlərin vəzifə maaşına əlavələr edildi - Foto

muellimlerin-vezife-maasina-elaveler-edildi
Oxunma sayı: 9889

Müəllimlərin vəzifə maaşlarına əlavələr edilib.

Bu barədə “Qafqazinfo”ya Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, noyabr ayında 2023-cü ildə təşkil olunan təhsilverənlərin sertifikatlaşdırılması prosesindən keçmiş 5 246 müəllimin vəzifə maaşına 35 faiz, 17 914 müəllimə isə 10 faiz artım tətbiq olunub.