“Müğənni qızla ailə qurmaq olmaz” - Qalmaqallı açıqlama

mugenni-qizla-aile-qurmaq-olmaz
Oxunma sayı: 3229

Azərbaycanın tanınmış müğənnisi Elçin Hüseynov şou-biznesdə müzakirələrə səbəb olacaq açıqlama verib. "Qafqazinfo"nun məlumatına görə,  “Show time” verilişinə qonaq olan ifaçı bildirib ki, oğlanları gələcəkdə müğənni qızla ailə qura bilməz və bu, onun ailəsinə uyğun bir addım deyil: 

“Şübhəsiz ki, razı olmaram. Niyə? Hər bir ailənin öz qayda-qanunları var. Mən demirəm ki, müğənni ilə qəti ailə qurmaq olmaz. Amma açıq deyim, bizdə bu olmaz. Biz 8 övlad valdeyinlərimizin məsləhəti ilə ailə qurmuşuq. Bugünkü gündə də nəslimizin bir ağsaqqalı var. Ailə, nəsil kiçik bir dövlətdir. Bu dövlətin də rəhbəri olur.

O rəhbərin düzgün məsləhəti yolu olmasa olmaz. Qardaşım, bacım övladlarına hamısına məsləhəti mən verirəm. Aralarında ailə quranları da var. Onların da məsləhətlərini mən vermişəm. Ona görə də müğənni qızla ailə qurmaq bizim ailəyə, xarakterə uyğun deyil. Şou aləmində müğənni ilə ailə quranlar da var. Yəni burda qəbahət bir şey görmürəm. Amma bu bizim ailəyə, qayda-qanunlarımıza uyğun deyil”.