Müğənni Ziya Məmmədovun oğlu ilə qolf oynadı - - Foto

mugenni-ziya-memmedovun-oglu-ile-qolf-oynadi-
Oxunma sayı: 5614


Axşam.az-ın məlumatına görə,  Abbas Bağırov qolf oynamağa başlayıb. O, sosial şəbəkə vasitəsilə bu idman növünü ölkəmizə gətirən Azərbaycan Qolf Federassiyasının prezidenti Anar Məmmədova təşəkkür edib: “Artıq başladım qolf oynamağa. Bu idman növünün belə gözəl olduğunu bilmirdim. İndi bildim və çox hörmətli Anar Məmmədov cənablarına təşəkkürümü bildirirəm ki, bu idman növünü Azərbaycana gətirdi. Hətta artıq məktəbi də var. Peşəkar müəllimləri ilə tam yüksək standartlara uyğun qolf meydançası ilə fəaliyyət göstərən məktəbdən böyük zövq aldım”.    

Qeyd edək ki, Abbas Bağırov Anar Məmmədovla uzun müddətdir ki, dostluq münasibətindədirlər.  Əməkdar artist onun müəllif olduğu bəzi mahnıları da repertuarına daxil edib. 

Anar Məmmədov nəqliyyat naziri Ziya Məmmədovun oğludur.