“Müharibə okeanın o tayındakı ağa icazə verməyənə qədər bitməyəcək”

muharibe-okeanin-o-tayindaki-aga-icaze-vermeyene-qeder-bitmeyecek
Oxunma sayı: 2615

“Ukraynadakı müharibə okeanın o tayındakı ağa icazə verməyənə qədər bitməyəcək”.

“Qafqazinfo” “Sputnik Belarus”a stinadən xəbər verir ki, bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko xalqa və parlamentə müraciətində bildirib.

Onun sözlərinə görə, Ukraynadakı vəziyyət göstərdi ki, “bəla insanların özləri ona qapı açdıqları yerdə gəlir”.

Belarus lideri, həmçinin qeyd edib ki, dünya vəziyyəti fonunda Belarusun suverenliyinin qorunub saxlanması mövzusu aktualdır: “Ölkəmizin, xüsusən də müstəqil Belarusun tarixində heç vaxt məsələ suverenlik və müstəqillik qədər kəskin olmayıb. Tarixdə heç vaxt belə təhlükəli xəttə yaxınlaşmamışıq”.