“Qəzzaya hücumlar davam edəcək”.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu fikirləri İsrailin Baş naziri Benyamin Netanyahu bildirib.
"Bu yaxınlarda bir sual eşitdim; Girovlarımızı qaytarma mərhələsi bitdikdən sonra İsrail müharibəyə qayıdacaqmı? Cavabım qəti olaraq bəlidir. Sona qədər. Müharibəyə qayıtmamaq kimi bir yolumuz yoxdur", - deyə Netanyahu qeyd edib.