“Müqavilə bağlamadım əsas komandadan göndərdilər” - “Sabah”ın qapıçısı

muqavile-baglamadim-esas-komandadan-gonderdiler
Oxunma sayı: 4308

“Sabah”ın qapıçısı Nicat Mehbalıyev əsas komandadan kənarlaşdırılmasına münasibət bildirib.

“Qafqazinfo”ya açıqlama verən çərçivə qoruycusu Masazır təmsilçisi ilə müqavilə uzatmadığına görə əvəzedici heyətə göndərildiyini bildirib:

“Heç bir intizam pozuntusuna yol verməmişəm. Sadəcə müqaviləni uzatmaq istəmədim. Ondan sonra əvəzedici heyətə göndərildim. Tam dəqiq səbəb bilmirəm, amma yəqin ki, buna görədir”. 

Mehbalıyev təklifləri olduğunu və sözləşməsi bitəndən sonra yeni klub tapacağını deyib: “Mən də sizin kimi təəccüblüyəm. Təkliflərim var idi, buraxmadılar, icarəyə getmək istədim yenə qoymadılar. Mayda özümə yeni klub tapıb karyeramda yaxşı səhifə açacam”. 

“Bəlkə, səni satmaq istəyirlər” sualına isə futbolçu bu cür cavab verib: “Transferim üçün qoyulan məbləği heç kəs verməz. 50-60 min olsaydı, bəlkə kimsə alardı. Amma onların düşündüyü məbləğ çoxdur”. 

Qeyd edək ki, ötən gün “Sabah”ın baş məşqçisi Murad Musayev Nicat Mehbalıyevlə bağlı suala “onunla bağlı məsələni rəhbərlikdən soruşun” cavabını vermişdi.