Musa İsveçdə ilk qolunu vurdu - Komandası mərhələ adladı-Yenilənib+Video

musa-isvecde-ilk-qolunu-vurdu
Oxunma sayı: 4714

Azərbaycan millisinin üzvü Musa Qurbanlının formasını geyindiyi "Yurqorden" bu gün İsveç kubokunda oyuna çıxıb.

“Qafqazinfo” xəbər verir ki, komanda 2-ci mərhələdə 1-ci divizionun lideri "Sandvikens"lə qarşılaşır. Matç Bakı vaxtı ilə saat 20:00-da başlayıb. M.Qurbanlı sözügedən görüş üçün start heyətdə yer alıb. O, 12-ci dəqiqədə komandasının 2-ci qolunun müəllifi olub. Bu, Musanın İsveç klubunda ilk qoludur.

Qeyd edək ki, qalib komanda növbəti mərhələyə yüksələcək.

23 avqust

20:00. "Sandvikens" - "Yurqorden" - 0:2 (Birinci hissə)

Qollar: Milleskoq, 10, Musa Qurbanlı, 12

***

Matç “Yurqorden”in 5:1 hesablı qələbəsi ilə başa çatıb.

Bununla da “Yurqorden” növbəti mərhələyə adlayıb.

Qurbanlı sözügedən görüşdə meydana start heyətində çıxıb. O, 12-ci dəqiqədə komandasının 2-ci qolunun müəllifi olub. Bu, Musanın İsveç klubunda ilk qoludur.