Müşfiq Hətəmov “Space”dən getdi - Yeni rəhbər o oldu

musfiq-hetemov-spaceden-getdi
Oxunma sayı: 11040

"Space" TV-də rəhbər dəyişikliyi olub.

Bu barədə "Qafqazinfo"ya telekanaldan bildirilib. 

Məlumata görə, televiziyanın baş direktoru, Əməkdar incəsənət xadimi Müşfiq Hətəmov başqa işə keçməsi ilə əlaqədar telekanaldan ayrılıb. 

Onu "Parni iz Baku” KVN komandasının keçmiş üzvü Vado Korovin əvəz edib. 

Qeyd edək ki, M. Hətəmov bu vəzifəyə 2021-ci ilin may ayında təyin olunmuşdu.