Mustafa Sandal bələdiyyə sədri ola bilər

mustafa-sandal-belediyye-sedri-ola-biler
Oxunma sayı: 5569

Türkiyəli müğənni Mustafa Sandal “İYİ” partiyasından bələdiyyə sədrliyinə namizəd ola bilər.

“Qafqazinfo” xəbər verir ki, bu barədə partiyanın sədri Meral Akşener “FOX TV”yə danışıb.

Akşener bildirib ki, Mustafa Sandalı Beşiktaş bələdiyyə sədri kimi görmək istəyir.

Onun sözlərinə görə, Sandalın namizəd olmasını özü istəyib: “Namizəd olmasını mən istədim, amma hələ nə razılaşma olub, nə də rəsmi təklif etmişik. Kaş ki müsbət addım atsa. Çox istəyirəm”.

Onu da bildirək ki, 53 yaşlı Mustafa Sandal və Meral Akşener dostluğu illər əvvələ dayanır. Bir müddət öncə Sandalın “İYİ” partiyasının qərargahını ziyarət etməsi Türkiyə cəmiyyətində böyük maraqla qarşılanmışdı.

Qeyd edək ki, Türkiyədə 2024-cü ilin martında bələdiyyə seçkilərinin keçirilməsi nəzərdə tutulub.