Müstəqillik Günü 31° isti olacaq

musteqillik-gunu-31-isti-olacaq
Oxunma sayı: 1980

Mayın 28-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. 

“Qafqazinfo” Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, şimal-qərb küləyi axşam cənub küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 16-21° isti, gündüz 26-31° isti olacaq. Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu olacaq. Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq və dağətəyi rayonlarda fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi rayonlarda duman olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 16-21° isti, gündüz 30-35° isti, dağlarda gecə 8-13° isti, gündüz 13-18° isti olacaq.

Həmçinin oxuyun: Акима Биллури в 23-м выпуске проекта "Халг Аманаты"