Azərbaycanın birinci prezidenti Ayaz Mütəllibovun Modern.az saytına müsahibəsində xələfi Əbülfəz Elçibəy haqqında səsləndirdiyi fikirlər sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
“Qafqazinfo” xəbər verir ki, A. Mütəllibov müsahibəsində Elçibəyi Heydər Əliyevlə müqayisə etməyin düzgün olmadığını nəzərə çatdırıb: “Onlar arasında yerlə göy qədər fərq var. Heydər Əliyev dahi idi, böyük siyasi təcrübəyə malik idi. Elçibəy isə primitiv millətçi idi. Elçibəy deyirdi ki, Kəlbəcəri vermək lazımdır, təki Ermənistanda demokratiya inkişaf etsin. Onun arxivlərdə bununla bağlı müraciətləri var”.
Son xəbərlər
Son Xəbərlər