Azərbaycan nümayəndə heyəti qardaş Türkiyənin COP 28 çərçivəsində fəaliyyət göstərən pavilyonunu ziyarət edib.
“Qafqazinfo” xəbər verir ki, ziyarət zamanı kollegiya və təbii sərvətlər naziri Muxtar Babayev Türkiyənin ətraf mühit və şəhərsalma nazirinin müavini Fatma Varankla görüşüb.
Görüşdə iqlim dəyişmələri sahəsində ölkələrimiz üçün əhəmiyyətli olan birgə əməkdaşlıq məsələləri müzakirə olunub.