Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev Rusiya Prezidentininin müşaviri, Rusiya Prezidentinin iqlim məsələləri üzrə xüsusi nümayəndəsi Ruslan Edelgeriyev ilə görüşüb.
“Qafqazinfo” xəbər verir ki, görüşdə Azərbaycan və Rusiya arasında ətraf mühitin qorunması sahəsində mövcud əməkdaşlıq istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb, gələcək perspektivlər müzakirə olunub.