Namik Ələsgərov “Bursaspor”da daha bir qol vurdu

namik-elesgerov-bursasporda-daha-bir-qol-vurdu
Oxunma sayı: 3626

Millimizin üzvü Namik Ələsgərov "Bursaspor"un heyətində Türkiyə 1-ci liqasında növbəti qolunu vurub.

“Qafqazinfo” xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi 16-cı turda "Manisa" ilə ev oyununda fərqlənib.

Start heyətində meydana çıxan Ələsgərov, 51-ci dəqiqədə hesabı açıb. O, 86-cı dəqiqədə əvəzlənib. Görüş 1:1 hesabı ilə başa çatıb.

Bu, Namiqin liqada 4-cü qolu olub. O, ötən tur "Denizlispor"la oyunda (3:1) da fərqlənmişdi

Xalını 18-ə çatdıran "Bursaspor" 14-cü pillədə qərarlaşıb.