“Napoli”nin futbolçusu baş məşqçisinə əsəbiləşdi

napolinin-futbolcusu-bas-mesqcisine-esebilesdi
Oxunma sayı: 2021

“Napoli”nin gürcüstanlı futbolçusu Xviça Kvaratsxeliya Çempionlar Liqasında “Barselona” ilə oyunda (1:1) əvəzlənməsinə əsəbiləşib.

“Qafqazinfo” xəbər verir ki, Kvaratsxeliya tez əvəzləndiyi üçün, baş məşqçi Françesko Kalzonenin əlini sıxmayıb. 

Gürcüstanlı futbolçu 68-ci dəqiqədə meydanı tərk edib.

Qeyd edək ki, 2022-ci ildən “Napoli”də çıxış edən futbolçu İtaliya klubu ilə müqaviləsi 2027-ci ilə kimi qüvvədədir.