Nardaranda baş verən hadisənin səbəbi bəlli olub.
“Qafqazinfo” xəbər verir ki, hüquq-mühafizə orqanlarından "Turan"a bildiriblər ki, atışma Tale Bağırzadə saxlanarkən olub. Əməliyyat zamanı Bağırzadənin tərəfdarlarından biri polislərə tərəf qumbara atıb, bundan sonra atışma baş verib.
***
Hüquq Mühafizə Orqanlarından "Qafqazinfo"ya daxil olan məlumata görə, baş vermiş silahlı insidentlə bağlı yayılan məlumatlarda şişirdirmələrə yol verilir. Hadisə nəticəsində 2 polis əməkdaşı, qarşı tərəfdən isə bir Nardaran sakini həyatını itirib. Bir polis əməkdaşı və bir neçə kənd sakini isə yaralanıb.
***
“Qafqazinfo” Nardaranda baş verən atışmada saxlanılanların adlarını öyrənib. Əməliyyat keçirilən evin sahibi Əbülfəz Bünytaov, əmisi oğlanları Rəfail, Fərail Bünyatov, İbrahim Xudaverdiyev və Hacı Tale saxlanılıb.
Son xəbərlər
Son Xəbərlər