Natalya Koçanova Bakıdadır

natalya-kocanova-bakidadir
Oxunma sayı: 3807

Belarus Milli Assambleyası Respublika Şurasının sədri Natalya Koçanovanın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana rəsmi səfərə gəlib.

“Qafqazinfo” xəbər verir ki, nümayəndə heyətini Heydər Əliyev Beynəlxalq Aeroportunda Milli Məclis sədrinin müavini Musa Qasımlı, Belarusla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Ziyad Səmədzadə, səfirlər Məhərrəm Əliyev, Dmitriy Pineviç və digər rəsmi şəxslər qarşılayıblar.

Natalya Koçanova ölkəmizə rəsmi səfəri çərçivəsində bir sıra görüşlər keçirəcək, bundan əlavə, Asiya Parlament Assambleyasının 15-ci plenar sessiyasında iştirak edəcək.