NATO-nun Baş katibi Yens Stoltenberq NATO üzvü olan ölkələrin Rusiya ilə sülh danışıqlarına başlamaq üçün Ukraynaya təzyiq etmədiklərini bildirib.
“Qafqazinfo” xəbər verir ki, Stoltenberq bu haqda “BBC”yə müsahibəsində deyib.
“Mesaj ondan ibarətdir ki, biz Ukraynaya hərbi yardım göstərməliyik, çünki bu, sülhə gedən yoldur. Biz bilirik ki, Ukrayna döyüş meydanında nə qədər güclü olsa, danışıqlar masası arxasında bir o qədər güclü olacaq”, - Stoltenberq əlavə edib.