“Naxçıvan Bank”ı almaq planımız yoxdur”.
“Qafqazinfo” xəbər verir ki, bunu bu gün keçirdiyi mətbuat konfransında “Kapital Bank”ın İdarə Heyətinin sədri Fərid Hüseynov deyib.
“Mətbuatda “Kapital Bank” “Naxçıvan Bank”ı alıb kimi fikirlər səsləndirilir. Bizim belə bir fikrimiz yoxdur. Bununla belə, mütəmadi olaraq müxtəlif bank və bank olmayan kredit təşkilatlarında hər hansı bir aktivin əldə edilməsi ilə bağlı danışıq apara bilərik”, - F. Hüseynov qeyd edib.
Fərid Hüseynov, həmçinin əlavə edib ki, bank “Naxçıvan Bank”ın istehlak kreditləri portfelinin 60 milyon manata yaxın hissəsini əldə edib.
O daha sonra əlavə edib: “Kapital Bank”ın ən azı növbəti 3 ildə regiona çıxmaq, başqa ölkələrdə bank almaq planı yoxdur”.
F. Hüseynov qeyd edib ki, digər ölkələrin bankları ilə layihələr həyata keçirilir: “Kapital Bank” beynəlxalq konfranslarda təmsil olunur. Azərbaycanda tədiyyə balansı hər il artır. Biz də həmin artan hissənin bir parçasıyıq”.
Gülnar Əliyeva