Naxçıvan DYP İdarəsinin rəisi işdən çıxarıldı - Yenilənib

naxcivan-dyp-idaresinin-reisi-isden-cixarildi
Oxunma sayı: 8150

Naxçıvan Muxtar Respublikası Dövlət Yol Polisi İdarəsinin rəisi işdən azad edilib.

"Qafqazinfo" APA-ya istinadən xəbər verir ki, bir müddət öncə sərəncama verilən polis mayoru, idarənin rəisi Ayaz Quliyev işdən çıxarılıb.

O, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Maddi Texniki Təhcizat Şöbəsində inspektor vəzifəsinə təyin olunub.

***
DİN-in mətbuat xidmətindən "Qafqazinfo"ya bildirilib ki, A.Quliyev sərəncamdadır. O, hansısa vəzifəyə təyin edilməyib.