Naxçıvanda 7° şaxta var

naxcivanda-7-saxta-var
Oxunma sayı: 1010

Azərbaycanda müşahidə edilən faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən “Qafqazinfo”ya verilən məlumata əsasən, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib.

Sumqayıt, Şamaxı, Qobustan, Kürdəmir, Cəfərxanda duman müşahidə olunub, dumanda görünüş 500 metrədək məhdudlaşıb.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 6, Aran rayonlarında 2 dərəcə şaxtadan 5 dərəcəyədək isti, Naxçıvan MR-da 7, dağlıq rayonlarda 5 dərəcəyədək şaxta qeydə alınıb.