“Konstitusiya və Suverenlik ili” çərçivəsində ətraf mühitin mühafizəsi və tullantıların düzgün idarə olunması sahəsində ictimai maarifləndirməni artırmaq məqsədilə növbəti “Tullantıları tinglərə dəyiş” aksiyası keçirilib.
“Qafqazinfo” xəbər verir ki, Naxçıvan şəhəri, Heydər Əliyev prospektində yerləşən “Araz” supermarketin qarşısında təşkil olunan aksiya zamanı vətəndaşlar ümumi tutumu 388 litr olan plastik, 149 litr olan şüşə tullantı, 92 ədəd işlənmiş batareya təhvil verərək əvəzində badam, tuya, alma, ərik və qızılçam tingləri əldə ediblər.
Aksiyanın keçirilməsində məqsəd əhalinin tullantıların çeşidlənməsi və təkrar emala yönləndirilməsi istiqamətində fəal iştirakını təmin etmək, tullantıların ətraf mühitə mənfi təsirlərini azaltmaq, ekoloji düşüncəni formalaşdırmaq, həmçinin yaşıllıqların artırılmasına və cəmiyyətin ekoloji məsuliyyətinin gücləndirilməsinə dəstək olmaqdır.







Son xəbərlər
Son Xəbərlər