Naxçıvanın işdən çıxarılan prokuroruna yeni vəzifə verildi

naxcivanin-isden-cixarilan-prokuroruna-yeni-vezife-verildi
Oxunma sayı: 9401

Baş Prokurorluqda kadr dəyişikliyi olub.

“Qafqazinfo” Manset.az-a istinadən xəbər verir ki, baş prokuror Kamran Əliyevin müvafiq əmri ilə II dərəcəli dövlət ədliyyə müşaviri Səbuhi Şahverdiyev Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin rəis müavini təyin edilib.

Qeyd edək ki, Səbuhi Şahverdiyev uzun illər Naxçıvan Muxtar Respublikasının prokuroru vəzifəsində çalışıb. O, 2023-cü ilin yanvarın 31-də Prezident İlham Əliyevin Sərəncamı ilə vəzifəsindən azad edilib.