Naxçıvanın Penitensiar Xidmətinin sabiq rəisi barədə - Yeni qərar

naxcivanin-penitensiar-xidmetinin-sabiq-reisi-barede
Oxunma sayı: 9228

Naxçıvanın Penitensiar Xidmətinin sabiq rəisi, ədliyyə general-mayoru Tofiq Həsənovun həbs müddətinin uzadılması ilə bağlı müstəntiqin vəsatəti əsasında verilmiş təqdimata baxılıb.

“Qafqazinfo”nun əldə etdiyi xəbərə görə, Səbail Rayon Məhkəməsi prokurorluğun təqdimatını təmin edib.

Həmçinin oxuyun: Стали известны новые владельцы “Нахчыван Банка”

Məhkəmənin qərarı ilə Tofiq Həsənovun həbsdə saxlama müddəti 1 ay uzadılıb.

Qeyd edək ki, Tofiq Həsənov bu ilin yanvarında Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsində davam edən cinayət işi üzrə həbs edilib.

Sabiq xidmət rəisi vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə xüsusilə külli miqdarda mənimsəmədə və rüşvət almaqda təqsirləndirilir.