Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayev xəstəxanaya yerləşdirilib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Qazaxıstanın media meneceri Aleksandr Aksyutits məlumat yayıb.
“Mənbələrim göstərdi ki, Nursultan Nazarbayev Astanadakı xəstəxanalardan birinə yerləşdirilib. O, ürəyin hərtərəfli müayinəsindən keçir. Tibb işçiləri deyirlər ki, mümkün cərrahi müdaxilə olacaq”, - Aksyutits bildirib.
Qeyd edək ki, eks-prezidentin 82 yaşı var.
Son xəbərlər
Son Xəbərlər