Nazir generalı yeni vəzifəyə təyin etdi

nazir-generali-yeni-vezifeye-teyin-etdi
Oxunma sayı: 12885

Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinə yeni rəis təyin olunub.

“Qafqazinfo” xəbər verir ki, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun əmri ilə sözügedən vəzifəyə polis general-mayoru Sərdar Səfərov gətirilib.

Həmçinin oxuyun: “Франция не признает независимость Карабаха”

Qeyd edək ki, S.Səfərov buna qədər Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini olub.

Məlumatı DİN-in Mətbuat xidmətindən “Qafqazinfo”ya təsdiqləyiblər.

Qeyd edək ki, Baş İctimai Təhlükəsizlik İdarəsinin əvvəlki rəisi, polis general-mayoru Oqtay Kərimov bir müddət əvvəl vəzifəsindən azad olunaraq nazir müavini təyin edilib.

Xəbəri ilk olaraq APA yayıb.