Nazir “Kəpəz”in stadionunun təmiri ilə bağlı məsələyə münasibət bildirdi - Fotolar

nazir-kepezin-stadionunun-temiri-ile-bagli-meseleye-munasibet-bildirdi
Oxunma sayı: 2328

Gəncə şəhərində səfərdə olan gənclər və idman naziri Fərid Qayıbov “Kəpəz FK” stadionunun təmiri ilə bağlı məsələyə münasibət bildirib.

“Qafqazinfo”nun məlumatına görə, nazir qeyd edib ki, bunun üçün birinci növbədə vəsait lazımdır.

“Birincisi, stadionun təmir olunması üçün vəsait lazımdır. Hazırda bizdə o vəsait yoxdur. Biz heç vaxt deməmişik ki, oranı təmir edəcəyik. O, məlumat mediaya kimlər tərəfindən gəlibsə, onu araşdıra bilərsiz. Stadion bizim balansızmızdadır və biz başa düşürük ki, ora təmir olunmalıdır. Onun üzərində hazırda çalışırıq. Sizə bu dəqiqə konkret məlumat deyə bilməyəcəm. Amma onu deyə bilərəm ki, biz problemi bilirik, görürük və problemin üzərində çalışırıq. Meydançalar yaxşıdır. Orada akademiya da yaradılıb. Akademiyanın meydançaları AFFA tərəfindən təmir olunub. Bir qalır tamaşaçılar üçün tribunalar”, - nazir F.Qayıbov bildirib.”, - nazir F.Qayıbov bildirib.

Yunis Quliyev