Nazir “Muğanbank”ın əməkdaşını komissiya sədri təyin etdi

nazir-muganbankin-emekdasini-komissiya-sedri-teyin-etdi
Oxunma sayı: 4288

Muğanbankın “Həyat” filialının müdiri dr. Emin Aslanov Elm və Təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə Qərbi Kaspi Universitetində “Mühasibat Uçotu” və “Maliyyə” ixtisasları üzrə Dövlət Attestasiya Komissiyasının sədri təyin edilib.

Dr. Emin Aslanov uzun illər ölkənin bir sıra aparıcı maliyyə institutlarında fəaliyyət göstərib. Zəngin əmək təcrübəsi ilə yanaşı, dr. Emin Aslanov ötən müddət ərzində qeyd olunan sahələr üzrə ardıcıl elmi fəaliyyət ilə də məşğul olub.

Bu səpkidə onun Azərbaycan Respublikası Dövlət Vergi Xidmətinin nəşr etdiyi Vergi Jurnalında (https://www.taxes.gov.az/az/page/azerbaycanin-vergi-jurnali ) bank işi və qiymətli kağızlar mövzusunda elmi tədqiqat işi dərc olunub. Elmi-praktiki dairələrdə geniş maraq doğuran bu tədqiqat işi qeyd olunan sahələr üzrə aktual müzakirələrə səmərəli töhfə verən istiqamət kimi qiymətləndirilib.

Məlumat üçün bildirək ki, dr.Emin Aslanov 2018-ci ildə iqtisad üzrə fəlsəfə doktoru elmi adını almışdır. 2020-ci ildən etibarən Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) İqtisad Elmləri Doktoru proqramı üzrə fəaliyyətini davam etdirir.

Muğanbank hər zaman maarifləndirmə təşəbbüslərində öndə olub və Azərbaycanda təhsilin və maliyyənin inkişafına öz töhfəsini verməyə çalışır.