Nazir onlara 7 gün vaxt verdi - Töhmət + Xəbərdarlıq

nazir-onlara-7-gun-vaxt-verdi-
Oxunma sayı: 5154

Ekologiya və Təbii Sərvətlər Nazirliyində kollegiya iclası keçirilib.

Qafqazinfo” xəbər verir ki, nazirliyin struktur bölmələrinin və tabeli qurumlarının rəhbərlərinin iştirakı ilə keçirilən kollegiya iclasında nazir H.Bağırov ekologiya və ətraf mühitin mühafizəsi sahəsində görülmüş işlər, qazanılmış nailiyyətlər və qarşıda duran vəzifələr barədə məlumat verib.

İclasda bildirilib ki, hidrometeorologiya müəssisələrində isə son illərdə texniki-təchizat bazasının yenilənməsi prosesi baş veib. Lakin buna baxmayaraq, bəzi məsul şəxslərin vəzifə borclarını layiqincə yerinə yetirə bilməmələri xüsusi qeyd olunub və hidrometeorologiya idarələrinin bir sıra işçisinə töhmət verilib.

Nöqsanlara yol vermiş müəssisə rəhbərlərinin izahatları dinlənilib, qısa müddət ərzində onların aradan qaldırılması üçün departament və onların tabeli qurumlarının rəhbərlərinə konkret tapşırıqlar verilib.

Kollegiya iclasının qərarı ilə işlərində yol verdikləri nöqsanlara görə ərazi ekologiya və təbii sərvətlər şöbələrinin, meşə mühafizəsi və bərpası müəssisələrinin rəhbərlərinə xəbərdarlıq edilib. Bəzi tabeli qurumların fəaliyyəti ilə bağlı kompleks araşdırma aparılması tapşırılıb və onların barəsində 7 gün ərzində son qərar qəbul ediləcəyi bildirilib.