Nazir tribunadan yıxıldı, başı əzildi - Video

nazir-tribunadan-yixildi-basi-ezildi
Oxunma sayı: 6267

Almaniyanın İqtisadiyyat və Energetika naziri Peter Altmayer Dortmund şəhərində rəqəmsal iqtisadiyyat sammitində çıxışından sonra 2 metr hündürlükdə olan tribunadan yıxılıb.

“Qafqazinfo” xəbər verir ki, insident nəticəsində başından zədə alan 61 yaşlı nazir huşunu itirib. Hadisə yerinə çağırılan təcili tibbi yardım briqadasının üzvləri KİV nümayəndələrinin onu o vəziyyətdə çəkməmələri üçün qara örtükdən istifadə ediblər. Zal boşaldılıb. 

Nazir Dortmunddakı xəstəxanaların birinə yerləşdirilib. Həkimlər ona baş nahiyyəsinin yırtılması diaqnozunu qoyublar.