Nazirdən Bakıdakı tıxaclarla bağlı - Tələb

nazirden-bakidaki-tixaclarla-bagli
Oxunma sayı: 12336

Xəbər verdiyimiz kimi, Daxili İşlər Nazirliyində ötən ilin yekunlarına dair Kollegiya iclası keçirilib.

“Qafqazinfo”nun məlumatına görə, iclasda daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov paytaxtda nəqliyyat sıxlığının mövcudluğundan və tıxacların yaranmasından danışıb.

Nazir aidiyyəti qurumlarla birgə bu cür halların, o cümlədən nəqliyyat vasitələrinin və piyadaların sərbəst, rahat, təhlükəsiz hərəkətinə maneə yaradan qanunsuz parklanmaların, dayanma və ya durmaların qarşısının alınmasını tələb edib.