Nazirlər tennis oynadı - Fotolar

nazirler-tennis-oynadi
Oxunma sayı: 2665

Bu gün Bakı İdman Sarayında Gənclər və idman naziri Azad Rəhimov və Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev martın 14-22-də Birləşmiş Ərəb Əmirliklərində (Əbu-Dabi) keçiriləcək Ümumdünya Xüsusi Yay Olimpiya Oyunlarına hazırlaşan atletlərimizlə görüşüblər.

“Qafqazinfo” xəbər verir ki, hər iki nazir idmançılarımıza bu yarışlarda uğurlar arzulayıblar. Onlar atletlərimizin təlim-məşq prosesinə baxıblar.

Bundan başqa, nazirlər atletlərlə stolüstü tennis də oynayıblar.