“Qafqazinfo” xəbər verir ki, Səhiyyə Nazirliyinin Hüquq və daxili nəzarət sektorundan APA-ya verilən xəbərə görə, aparılan araşdırmalar zamanı müəyyən edilmiş pozuntu faktları üzrə 176 tibb işçisi barədə məsuliyyət tədbirləri görülüb. 1 müraciət üzrə cinayət xarakterli pozuntu faktı aşkar olunduğundan, 1 tibb işçisi barədə hüquq-mühafizə orqanı vasitəsilə cinayət işi qaldırılıb.
Bundan əlavə, görülmüş yoxlama tədbirləri nəticəsində 63 saxta diplom aşkar olunaraq, toplanmış materiallar Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə göndərilib.
Son xəbərlər
Son Xəbərlər