Nazirlik əməkdaşı intihar etdi - Yenilənib

nazirlik-emekdasi-intihar-etdi
Oxunma sayı: 7044

Gəncədə intihar hadisəsi baş verib.

“Qafqazinfo” Oxu.az-a istinadən xəbər verir ki, Gəncə şəhər sakini, 1999-cu il təvəllüdlü Təbriz Süleymanov yaşadığı evdə özünü asaraq intihar edib.

Onun Fövqəladə Hallar Nazirliyinin əməkdaşı olduğu bildirilir.

***

Oxu.az-ın məlumatına görə, Təbriz Süleymanov FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşı olub.

O, Gəncədə “Avtozavod” adlanan ərazidə yaşadığı evdə özünü asaraq intihar edib. Təbrizin subay olduğu bildirilib. 

Qeyd edək ki, intiharın hansı səbəbdən baş verdiyi hələ ki məlum deyil.