Nə qədər uşaq ailə mühitindən uzaq qalıb?

ne-qeder-usaq-aile-muhitinden-uzaq-qalib
Oxunma sayı: 181

Ailə mühitindən, pedaqoji və ictimai təsir vasitələrindən kənarda qalan 936 uşaq və buna şərait yaradan 511 valideyn aşkarlanıb.

“Qafqazinfo” xəbər verir ki, bu, Milli Məclisin İnsan hüquqları və Hüquq siyasəti və dövlət quruculuğu komitələriniin bu gün keçirilən birgə iclasında müzakirəyə çıxarılan Milli Koordinatorun illik məlumatında öz əksini tapıb.

Məlumata əsasən, nəticədə yerli icra hakimiyyətləri yanında komissiyalara, qəyyumluq və himayə orqanlarına 510 material göndərilib, 32 valideyn inzibati məsuliyyətə cəlb edilərək polis nəzarətinə götürülüb, habelə uşaqların kənar şəxslər tərəfindən dilənçiliyə cəlb edilməsi faktı müəyyən edilməyib.

Nuranə Daxilqızı