Nəcməddin Sadıkov məzunlarla görüşdü

necmeddin-sadikov-mezunlarla-gorusdu
Oxunma sayı: 2872


 “Qafqazinfo” Nazirliyin saytına istinadən xəbər verir ki, Baş Qərargah rəisi məzunlar qarşısında çıxışı zamanı Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin orduya göstərdiyi diqqət və qayğını xüsusi qeyd edərək Silahlı Qüvvələrdə aparılan islahatların mahiyyətini, ordu quruculuğunun inkişaf etdirilməsi sahəsində Müdafiə Nazirliyinin rəhbərliyi qarşısında qoyulan göstəriş və tapşırıqları bir daha şəxsi heyətin nəzərinə çatdırıb.

Zabitləri bu əlamətdar gün münasibətilə təbrik edən general-polkovnik N.Sadıkov Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmrlərini, tələblərini və tösiyələrini şəxsi heyətə çatdıraraq ordumuzun daha güclü, qüdrətli olması, düşmən üzərində qələbənin təmin edilməsi üçün əldə etdikləri biliklərinin təcrübədə tətbiq edilməsi məqsədilə xidmətlərində və gələcək fəaliyyətlərində onalara uğurlar arzulayıb.