Neftçalada “Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi” konfransı keçirildi - Fotolar

neftcalada-heyder-eliyev-ve-azerbaycanciliq-mefkuresi-konfransi-kecirildi
Oxunma sayı: 1836

Neftçalada Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ilə əlaqədar tədbirlər proqramına uyğun olaraq Neftçala rayon İcra Hakimiyyətinin və YAP Neftçala rayon təşkilatının birgə təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi” mövzusunda elmi praktiki konfrans keçirilib.

“Qafqazinfo” xəbər verir ki, konfransda Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, Azərbaycan Respublikasının 1-ci baş naziri, siyasətçi Həsən Həsənov, Yeni Azərbaycan Partiyasının veteranlar şurasının sədri Arif Rəhimzadə, Yeni Azərbaycan Partiyası veteranlar şurasının üzvü, yazıçı Tahir Məmmədov, kinorejissor, ssenarist, Azərbaycan Respublikasının xalq artisti Vaqif Mustafayev, RİH-in məsul şəxsləri, YAP Neftçala rayon təşkilatının, hüquq- mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri, Vətən müharibəsi iştirakçıları və rayon ictimaiyyəti iştirak edib.

Konfrans iştirakçıları Neftçala şəhərinin mərkəzindəki Heydər Əliyevin heykəlini ziyarət edib, önünə gül dəstələri düzüb, ruhunu ehtiramla yad edib və Ulu Öndərin həyatını əks etdirən rəsm sərgisinə baxış keçiriblər.

Konfransda çıxış edən Neftçala rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov Heydər Əliyevin Azərbaycan xalqının və dövlətçiliyinin fəaliyyətində müstəsna xidmətləri olan bir şəxsiyyət olduğunu, sovetlər birliyinin dağılmasından və Azərbaycanın müstəqillik əldə etməsindən sonra dilindən, dinindən və milli-mənəvi dəyərlərindən asılı olmayaraq bütövlükdə dövlətçilik ənənələrinin formalaşdırılmasında mühüm işlər gördüyünü bildirib. 

Elmi-praktiki konfrans qonaqların Heydər Əliyev haqqında xatirələri və sual-cavab formatında davam edib.