“Neftçi” 3 xalı 3 qolla qazandı

neftci-3-xali-3-qolla-qazandi
Oxunma sayı: 2929

Azərbaycan Premyer Liqasının X turunda “Neftçi” “Səbail” komandaları üz-üzə gəlib.

“Qafqazinfo” xəbər verir ki, Samir Abasovun komandası görüşdə 3:1 hesablı qələbə qazanıb.

“Neftçi”dən Ramil Şeydayev (45+3) və Dembo Darbo (58, 67) fərqləməyi bacarıb.

“Səbail”in heyətində isə 90+3-cü dəqiqədə Samir Abdullayev topu tora ötürüb.

Qeyd edək ki, turun bu gün baş tutan “Şamaxı” – “Araz Naxçıvan” görüşü qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.