“Neftçi” “Rapid”lə cavab oyununa hazırlaşır - Fotolar

neftci-rapidle-cavab-oyununa-hazirlasir
Oxunma sayı: 2183

“Neftçi” komandası UEFA Konfrans Liqasının üçüncü təsnifat mərhələsində qarşılaşdığı “Rapid” (Vyana) klubu ilə cavab matçının hazırlığını davam etdirir.

“Qafqazinfo” kluba istinadla xəbər verir ki, avqustun 7-də Şamaxı şəhər stadionunda keçirilən Misli Premyer Liqasının birinci tur oyununun ertəsi günü “Türk Hava Yolları Futbol Mərkəzi”ndə məşq edən komandamız avqustun 9-da də eyni məkanda hazırlıq keçib. Məşqdə əsasən toplu çalışmalar yerinə yetirilib.

Qeyd edək ki, “Rapid”–“Neftçi” görüşü avqustun 11-i Bakı vaxtı ilə saat 22:30-da “Alyans” stadionunda keçiriləcək.