“Neftçi”dəki uğursuzluqların “səbəbkarı” tapıldı - İstefaya göndərildi

neftcideki-ugursuzluqlarin-sebebkari-tapildi
Oxunma sayı: 637

“Neftçi” "Sumqayıt” qarşısında məğlubiyyətin günahkarını tapıb.

“Qafqazinfo” xəbər verir ki, klub rəhbərliyi baş məşqçini istefaya göndərmək əvəzinə azarkeşlərlə iş üzrə koordinator Kənan Hənifəyevi vəzifəsindən uzaqlaşdırıb.

Buna “ağ-qaralar”ın azarkeşlərinin  “Sumqayıt"la oyunda klub rəhbərliyini və baş məşqçisini istefaya səsləndirmələri səbəb olub.

Qeyd edək ki, "Neftçi" "Sumqayıt" 2:0 hesabı ilə məğlub olaraq, Premyer Liqada bu mövsümü medalsız başa vurmağa razılaşıb.