“Neftçi”dən yeni transfer - Foto

neftciden-yeni-transfer
Oxunma sayı: 1716

“Neftçi” növbəti transferini rəsmiləşdirib.

“Qafqazinfo” xəbər verir ki, paraqvaylı sol cinah yarımmüdafiəçisi Luis Ortis artıq “Neftçi” ailəsinin üzvüdür.

25 yaşlı futbolçu 1 il müddətinə icarəyə götürülüb.

Ortis bu vaxtadək yalnız vətənində “Sportivo Ameliano” klubunda çıxış edib. O bu ilin əvvəllərindən meydana çıxdığı 22 matçda 3 qol vurub və 2 məhsuldar ötürmə edib.