Neftimiz cüzi bahalaşdı

neftimiz-cuzi-bahalasdi
Oxunma sayı: 1207

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşıb.

“Qafqazinfo” xəbər verir ki, Azərbaycan neftinin 1 bareli üzrə qiyməti ötən günlə müqayisədə 0.29 dollar və ya 0.29% artaraq 99.35 ABŞ dolları təşkil edib.

Qeyd edək ki, ötən gün neftimiz dünya bazarında 99.06 ABŞ dollarına ticarət edilib.

Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dollar qeydə alınıb.