Neftimizin qiyməti 87 dollara çatır

neftimizin-qiymeti-87-dollara-catir
Oxunma sayı: 653

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşlıb.

“Qafqazinfo” xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0.99 ABŞ dolları və ya 1.16% artaraq 86.33 ABŞ dollarına yüksəlib.

Qeyd edək ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları təşkil edib.