Nərimanov rayonunda iftar süfrəsi təşkil olundu - Fotolar

nerimanov-rayonunda-iftar-sufresi-teskil-olundu
Oxunma sayı: 557

Nərimanov rayonunda Ramazan ayı münasibətilə rayon rəhbərliyinin, millət vəkillərinin, şəhid ailələrinin, qazilərin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə iftar süfrəsi təşkil edilib.

“Qafqazinfo” xəbər verir ki, çıxışçılar ölkəmizin Ramazan ayını qalib, məğrur, ərazi bütövlüyünü bərpa etmiş qüdrətli bir dövlət olaraq qeyd etdiyini bildiriblər.

Natiqlər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və qəhrəman ordumuzun şücayəti sayəsində Azərbaycanın tarixi qələbə qazandığını, ədalətin bərqərar olduğunu vurğulayıblar. Həmçinin Azərbaycanın ərazi bütövlüyü uğrunda övladlarını itirən valideynlərə öz ehtiramlarını bildirərək, dövlətimizin şəhid ailələrinə və qazilərə diqqət və qayğısının birbaşa ölkə rəhbərliyinin nəzarətində olduğunu diqqətə çatdırdılar.

Təbir iştirakçıları respublikamızın möhtərəm Prezidentin müdrik rəhbərliyi sayəsində gələcəkdə daha da inkişaf edəcəyinə və möhkəmlənəcəyinə əminlik ifadə ediblər.