Nərimanova böyük köç- - Fotolar

nerimanova-boyuk-koc-
Oxunma sayı: 1039


Nərimanov rayon İcra Hakimiyyətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, mərasimdə çıxış edən Yasamal Rayon İcra Hakimiyyəti nəzdində yaradılan işçi komissiyasının sədri, Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Səməd İslamov bu barədə məlumat verib. Bildirilib ki, satınalma tədbirlərinin həyata keçirilməsi ümumilikdə altı mərhələdə nəzərdə tutulub. Bu tədbirlər isə təxminən 10 min 500 mənzil təsərrüfatını əhatə edir. 

Qeyd edək ki, köçürülmə prosesinə başlanan gündən indiyədək 8600 mənzil və qeyri-yaşayış sahəsinə tam ölçülü və qiymətləndirmə işləri yekunlaşdırılaraq sənədlər paketi hazırlanıb. 2320 mənzil və qeyri-yaşayış sahələrinin sahibəri ilə alqı-satqı aparılıb və tikililər sökülərək ərazi boşaldılıb. Birinci mərhələdə Nərimanov heykəlinin ətrafından Hüseyn Cavid parkına qədər olan ərazidə əhaliyə məxsus tikililər bütünlüklə satın alınıb, əhalinin köçürülməsi və ərazinin təmizlənməsi təmin edilib. Sakinlər üçün avtomobil yolunun tikintisinə başlanılıb. Koroğlu Rəhimov küçəsi 9 ünvanda 96 mənzilli binada işlər başa çatdıqdan sonra azkvadratlı mənzillərdə yaşayan digər sakinlərə də evlərin açarları təqdim olunacaq.

“Qafqazinfo”